Şəki sakinlərindən narkotik vasitə götürülüb

22-10-2019, 11:34           
Şəki sakinlərindən narkotik vasitə götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanlılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram , yaşadığı evə baxış keçirilən zaman oradan 320 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.