Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilmişdir.

4-11-2019, 16:38           
Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilmişdir.
İclasda ölkədə ictimai-siyasi durum və partiyanın vəzifələri, 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri, təşkilati məsələlər müzakirə olunmuşdur.
Milli Məclisin deputatı Fəzail Ağamalı dünyada, regionda və ölkədə baş verən iqtisadi-siyasi proseslərdən rolundan, cənab prezdent İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi, sosial, siyasi, hüquqi və kadr islahatlarının ölkənin inkişafında ciddi nəticələr verən əhəmiyyətindən bəhs etmişdir.
Bələdiyyə seçkilərində partiyanın fəal iştirakı ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.
Ali Məclisin yığıncağında təşkilati məsələlərə də baxılmış Ali Məclisə yeni üzvlər qəbul olunmuşdur. Yeni üzvlər arasında Şuşa batalyonunun komandiri, Qarabağ müharibəsi qazisi Fəxrəddin Cəfərov, partiya sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulbəkirov yer almışlar.
İclasın sonunda Ana Vətən Partiyası Ali Məclisinin bəyanatı qəbul olunmuşdur:
Bəyanatda deyilir:
2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Xalqımızın mütləq əksəriyyətinin dəstəyilə növbəti illər üçün prezident seçilən İlham Əliyev dərhal ciddi və inqilabi xarakter daşıyan islahatların daha geniş miqyas almasına və islahatların cəmiyyətimizin dərin qatlarını əhatə etməsinə start verdi.
Qısa zaman kəsiyində əhəmiyyətli nəticələr verən iqtisadi, sosial, siyasi, hüquqi, struktur və kadr islahatları yurddaşlarımız tərəfindən yüksək qiymətləndirildi və ümümxalq dəstəyi qazandı.
İslahatların aparılmasına mane olmağa çalışan anti-Azərbaycan və onun içində yer alan anti-milli dairələrin cəhdlərinin önündə xalqımızın dəstəyinə güvənən ölkə prezidenti, cənab İlham Əliyevin polad iradəsi dayandı və dayanmaqda davam edir. Əminik ki, bu siyasi iradə və onun ifadəsi olan islahatlar ölkəmizə ciddi uğurlar gətirəcək, onun beynəlxalq nüfuzunu daha da artıracaqdır.
Ana Vətən Partiyasının Ali Məclisi ölkə prezidenti, cənab İlham Əliyevin ardıcıl və sistemli mahiyyət daşıyan islahatlarını dəstəklədiyini və həyata keçirilən islahatlara maneçilik törətməyə çalışan anti-milli dairələrə qarşı xalqımızın apardığı mübarizənin bundan sonra da ön cərgələrində olacağını bir daha bəyan edir.
Ana Vətən Partiyası
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.