Siyəzəndə narkotik satan şəxsi polis saxladı

2-12-2019, 17:33           
Siyəzəndə narkotik satan şəxsi polis saxladı
Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb. Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

S.Məhərrəmov dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru