Ağsuda yas mərasimi təşkil edənlər məsuliyyətə cəlb edilib - FOTO

8-07-2020, 17:42           
Ağsuda yas mərasimi təşkil edənlər məsuliyyətə cəlb edilib - FOTO
Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehtibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru