Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələn 9 nəfər cərimələnib

10-08-2020, 15:49           
Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələn 9 nəfər cərimələnib
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin elan edilən
şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə
gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə,
keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat
vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə
saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq,
xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum
olub. Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları
üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.