Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

16-09-2020, 10:35           
  Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki təbii sututarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Teref.az xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı qanun pozucusunun Bəhrəmtəpə qəsəbə sakini Ramal Mirzəyev olduğu məlum olub və ondan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı R.Mirzəyev barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub”, rəis müavini bildirib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.