Saakaşviliyə qarşı istintaq araşdırması yeniləndi

22-03-2019, 08:56           
Saakaşviliyə qarşı istintaq araşdırması yeniləndi
Ukraynanın Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib.

Teref.az Azərtac-a istinadla xəbər verir ki, Saakaşvilinin vəkili Ruslan Çernolutski işin Baş Prokurorluqdan alınaraq UTX-nin əsas istintaq şöbəsinə verildiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkə ərazisinə girişinə 2021-ci ilədək qadağa qoyub.

Xatırladaq ki, Saakaşvili 2018-ci ilin fevralın 12-də Ukrayna ərazisindən çıxarılaraq Polşaya aparılıb. Onun barəsində cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru