Zelenskidən müharibə açıqlaması - İlk hədəf Donbas

22-04-2019, 07:48           
Zelenskidən müharibə açıqlaması - İlk hədəf Donbas
Vladimir Zelenski Donbasda informasiya müharibəsini təşkil etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, o, bu haqda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın cənub-şərqində döyüş əməliyyatlarını bitirmək üçün güclü informasiya müharibəsi lazımdır.

Zelenski aprelin 18-də də bildirmişdi ki, Donbası “informasiya müharibəsi” vasitəsilə qaytarmağı planlaşdırır.

Qeyd edək ki, ötən gün Ukraynada prezidentinin seçkilərinin ikinci turu keçirilib. Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilk nəticələrini açıqlayıb. İlkin nəticələrə görə, Vladimir Zelenski 70,82, hazırkı prezident Petro Poroşenko 26,82 faiz səs toplayıb.

Poroşenko artıq məğlubiyyətini etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.