Merkellə bağlı ŞOK FAKT ÜZƏ ÇIXDI: sən demə…

16-07-2019, 15:06           
Merkellə bağlı ŞOK FAKT ÜZƏ ÇIXDI: sən demə…
Almaniya kansleri Angela Merkel xəstədir.

Rəsmi görüşlərdə kanslerin şiddətli titrəməsi hipoqlikemiya xəstəliyinin xəbərçisidir.

Xüsusilə Tip-1 şəkərli diabet xəstələrində bu titrəmə həftədə 1-2 dəfə baş verə bilir.

Hipoqlikemiya – qanda şəkərin normadan az olması xəstəliyidir. Normada qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) – 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissidir.

Bundan başqa, aclıq, yuxusuzluq və əsəbi olmaq da hipoqlikemiyaya səbəb ola bilir.

Qeyd edək ki, Angela Merkel 3 rəsmi görüşdə ayaq üstə dayanmaqda çətinlik çəkmişdi. Onun titrəməsi susuzluqla əlaqələndirilmişdi. Bundan sonra Merkel qonaqlarını stulda əyləşərək qarşılamağa başlayıb. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru