Nobel mükafatçısı dünyanı məyus etdi: Xərçəngə qalib gəlmək olmaz

14-10-2019, 10:46           
Nobel mükafatçısı dünyanı məyus etdi: Xərçəngə qalib gəlmək olmaz
Xərçəngə qalib gəlmək olmaz, ancaq onun yenidən yaranmasını əngəlləyəcək daha effektiv üsullar tapmaq olar.

Cebhe.info xəbər verir ki, bu barədə kimya üzər Nobel mükafatçısı Tomas Lindal deyib.

O, xərçəngin əsas səbəbinin radiasiya, günəş ultrabənövşəyi şüaları və ya kanserogen qidalar olması tezisinə tərəfdar olmadığını bildirib. Qeyd edib ki, ultrabənövşəyi şüalar beyində, daxili orqanlarda, ciyərlərdə şiş yaratmaq qabiliyyətinə malik deyil.

Alim əmindir ki, xərçəngin yaranması suyun parçalanması və hüceyrələrdə aqressiv oksigen formalarının meydana gəlməsi səbəbiylə DNT sahələrinə dəyən ziyandır.

Xatırladaq ki, Lindal Nobel mükafatını 2015-ci ildə alıb. Onunla bərabər həmin il bu mükafata Əziz Sancaqr və Pol Moriç görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.