Rusiya və Misir hava hücumundan müdafiə sistemlərinin gücünü nümayiş etdiriblər - VİDEO

8-11-2019, 00:02           
Rusiya və Misir hava hücumundan müdafiə sistemlərinin gücünü nümayiş etdiriblər - VİDEO
Kadrlardan pilotsuz hava hədəflərinin buraxılmasını, eləcə də Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələrinin birgə fəaliyyətini görmək olar
Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələri Qahirə yaxınlığında baş tutmuş birgə təlimlər çərçivəsində döyüş atışları həyat keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, döyüş atışlarının videogörüntülərini "Zvezda" telekanalı yayıb.

Kadrlardan pilotsuz hava hədəflərinin buraxılmasını, eləcə də Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələrinin birgə fəaliyyətini görmək olar.


Döyüş atışları "Buk-M2E" və "Tor-M2E" zenit-raket komplekslərindən, eləcə də "İqla-S" daşınan və "Şilka-M4" özüyeriyən zenit qurğularından aparılıb.

Təlimlər oktyabrın 26-dan noyabrın 7-dək Qahirə yaxınlığındakı taktiki mərkəzin ərazisində keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.