Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb?

13-11-2019, 00:00           
Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb?
Rusiya Suriya ərazisində yerləşdirdiyi S-400 “Triumf” və S-300 “Favorit” zenit-raket komplekslərini deaktiv edib. Virtualaz.org xəbər verir ki, bu haqda İsrail KİV-ləri kəşfiyyat mənbələrinə istinadən bildirir.

Səbəblər məlum deyil, amma “Debka” saytı bildirir ki, hazırda Suriya ərazisində Rusiyanın orta mənzilli heç bir havadan müdafiə sistemi aktiv deyil.

“Rusiyanın “Hmeymim” aviabazasındakı S-400 kompleksləri sakitcə “deaktiv” edilib. Bir hərbi mənbə bildirib ki, hazırda Suriyada heç bir S-400 kompleksi fəaliyyətdə deyil. Üç ay qabaq “DEBKAfile” hərbi mənbələri Rusiyanın S-400 sistemlərinin Masyaf əyalətindən qrbdəki mühüm Suriya hərbi obyektinin hüdudlarından kənarda yerləşdirildiyini, amma deaktiv edildiyini və radarlarının söndürüldüyünü bildirmişdi”,-nəşr yazır.

Maraqlı fakt həm də budur ki, bir neçə həftə əvvəl “Hmeymim” aviabazasına Rusiyanın hərbi yük və nəqliyyat təyyarələri bir-birinin ardınca eniş ediblər. Həmin təyyarlərin S-400 komplekslərini ərəb respublikasından çıxardığı istisna deyil, hərçənd bu barədə heç bir rəsmi şərh yoxdur.

İsrail nəşrinin yazdığına görə Rusiyanın Suriyada qabaqcıl zenit-raket komplekslərini “söndürməsi” spekulyasiya predmetidir, bəzi ehtimallara görə onların saxlanılması xərc tələb etdiyindən Rusiya Suriya əməliyyatları büdcəsini məhdudlaşdırdığından bu komplekslər çıxarılır. Digər versiyaya görə son vaxtlar Moskva S-400 komplekslərini xarici müştərilərə bir-birinin ardınca satdığı üçün Rusiyanın özündə həmin komplekslər çatışmır. Xüsusən də Qara dəniz və Baltik regionu ətrafında.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.