Gürcüstanda millət vəkilləri kütləvi şəkildə istefa verib

14-11-2019, 16:38           
Gürcüstanda millət vəkilləri kütləvi şəkildə istefa verib
Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiya düzəlişinin qəbul edilməməsi səbəbi ilə bəzi deputatlar hakim “Gürcü Arzusu” Partiyasından istefa verdiklərini açıqlayıblar.

Teref.az xəbər verir ki, parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, Sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

“Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, – deyə T. Çuqoşvili bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.