Hindistan Rusiya qırıcılarının keyfiyyətini tənqid edib - «Rafale»lərin alınmasına üstünlük verilib

18-11-2019, 00:21           
Hindistan Rusiya qırıcılarının keyfiyyətini tənqid edib - «Rafale»lərin alınmasına üstünlük verilib
Hindistan hakimiyyəti Rusiya istehsallı “Su-30MKİ” qırıcılarının əvəzinə, «Rafale» təyyarələrini almaq qərarına gəlib.

«The Economic Times» nəşrinin yazdığı kimi, «Rafale» qırıcılarının uçuş məsfəsi 780-1055 kilometr təşkil etdiyi halda, “Su-30MKİ” təyyarələrinin uçuş məsafəsi 400-500 kilometr qiymətləndirilir.

Bundan başqa, «Rafale» gün ərzində 5 döyüş uçuşu həyata keçirə bildiyi halda, “Su-30MKİ”-lər cəmi 3 uçuş keçirmək gücündədir. Nəhayət, Fransa qırıcılarının «barajlama» qabiliyyəti Rusiya təyyarələrindən 1,5 dəfə yüksəkdir.

Hindistan Müdafiə Nazirliyi “Su-30MKİ” qırıcılarının cəmi bir üstünlüyünü qeyd edir – onlar ucuzdurlar. İdarədə qeyd ediblər ki, Fransa təyyarələri ən yaxşı «aşkarlama sistemi»nə və silahlara malikdirlər.

Beləliklə, Hindistan ümumi dəyəri 7,87 milyard avro təşkil edən 36 ədəd «Rafale» qırıcısı alıb. Onların ilk partiyası ölkəyə 2020-ci ilin mayında gətirilməidir.

AzPolitika.infoшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.