Venesuela diplomatları Boliviyanı tərk edib

18-11-2019, 07:42           
Venesuela diplomatları Boliviyanı tərk edib
Venesuelanın Boliviyadakı səfirliyinin diplomatik personalı bu ölkəni tərk edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

"Qırx səkkiz saat əvvəl mən bütün diplomatik personala ölkəni tərk etməyi əmr etdim", - deyə Maduro kitab yarmarkasındakı çıxışının gedişatında diplomatların qayıdışı barədə bildirib. Venesuela prezidentinin sözlərinə görə, səfirliyin əməkdaşları şəxsi təhdidlər alıblar. Onları binanı hücumla ələ keçirib yandırmaqla hədələyiblər.

Boliviyanın Xarici İşlər Nazirliyinin müvəqqəti başçısı Karen Lonqarik noyabrın 15-də ölkənin daxili işlərinə müdaxilə üçün Venesuela diplomatlarını persona-non qrata elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.