ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib

21-11-2019, 07:24           
ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib
ABŞ Senatının Xarici İşlər üzrə Komitəsi dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini bəyənib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə komitə rəhbəri Cim Rişin bəyanatında deyilir.

"ABŞ-ın Rusiyada səfiri vəzifəsinə Con Sallivanın namizədliyinin irəli sürülməsinə yekdil dəstək haqqında bildirməyə şadam. Ümid edirəm, Senat yaxın vaxtlarda onu təsdiq edəcək", - deyə o bildirib.


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

Hantsman Trampa istefa haqqında ərizəsini avqustun əvvəllərində təqdim edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.