Consonun "gizli Brexit" planı üzə çıxdı

7-12-2019, 11:11           
Consonun "gizli Brexit" planı üzə çıxdı
İngiltərənin baş naziri Boris Consonun gizli Brexit planı ortaya çıxış.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu haqda Leyboristlər Partiyasının lideri Ceremi Korbin sənəd yayımlayıb. Bunu tutarlı dəlil hesab etdiyini deyən Korbin Brexit-dən sonra Şimali İrlandiyanın sərhəddə gömrük nəzarəti tətbiq etməklə, Böyük Britaniyadan ayrılacağını bildirib. O, bunun dövlətin maraqları üçün qəbuledilməz olduğunu və Britaniya iqtisadiyyatına mənfi təsir göstərəcəyini deyib.
Conson isə bu iddiaları rədd edib və Korbinin dediklərini cəfəngiyat adlandırıb.

Qeyd edək ki, o, çıxışlarında dəfələrlə İrlandiya ilə İngiltərə arasında sərhəd olmayacağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru