Putin Almaniyadan rus diplomatların çıxarılmasına münasibət bildirib

10-12-2019, 04:38           
Putin Almaniyadan rus diplomatların çıxarılmasına münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin iki diplomatının Almaniyadan çıxarılmasına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin iki rus diplomatının Almaniyadan çıxarılmasının düzgün olmadğını söyləyib.

"Siz gürcünün öldürülməsini dediniz. Əslində bu, belə deyil. O, milliyyətcə gürcü deyil. Bu adam Qafqazda separatçıların tərəfində döyüşlərdə fəal iştirak edib. Bu adam bizdə axtarışda olub. Bu terrorçu, həm də çox qəddar və qanlı adam olub. Onun iştirak etdiyi təkcə bir aksiyada 98 nəfər qətlə yetirilib. O, Moskva metrosunda partlayışın təşkilatçılarından biri olub. Mən, bilmirəm onun başına nə gəlib. Quldur dəstəsində hər şey baş verə bilər. Digər bir məsələ isə Rusiyanın Almaniya tərəfindən vaxtı ilə bu adamın təhvil verilməsini istəməsidir. Təəssüf ki, o zaman Almaniya tərəfi bunu etmədi" - deyə, Rusiya prezidenti Parisdə keçirilən “Normandiya formatı”nda görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Putin Almaniyanın iki rus diplomatını ölkədən çıxarmasını düzgün olmadığını və bu diplomatların məlum məsələ ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: "Siz cavab tədbirlə barədə soruşdur. Belə vəziyyətlədə yazılmayan təcrübə, yazılmayan qanunlar var: diplomatlarımızı ölkədən çıxardıları, biz də sizin diplomatlarınızı çıxaracağıq. Hamısı bu qədər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.