Bu problem Ukrayna ilə ABŞ-ı üz-üzə qoyur

11-12-2019, 08:53           
Bu problem Ukrayna ilə ABŞ-ı üz-üzə qoyur
Ukrayna ABŞ Prezidenti Donald Trampın opponenti Co Baydenə qarşı iş qaldıra bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq baş prokuroru Yuri Luçenko deyib.

“Baydenin ailəsinin fəaliyyətini araşdırmaq istəyirsinizsə, ABŞ-da iş qaldırın, araşdırma başladın, bura sorğu göndərin, ümumi qrup yaradın və o zaman Ukrayna beynəlxalq öhdəliklərdən irəli gələrək sizinlə razılaşacaq. Amma burada Baydenlə bağlı istintaq başladılması qanunsuz olardı”, - deyə Luçenko bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Trampın seçkilərdə əsas rəqibi olan Baydenin oğlunun Ukraynadakı şirkəti haqda araşdırma başladılması üçün Ukrayna lideri Zelenskiyə təzyiq etdiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru