Rusiyada qadınlar bu halda adam öldürməyə görə həbs olunmayacaqlar

13-12-2019, 20:28           
Rusiyada qadınlar bu halda adam öldürməyə görə həbs olunmayacaqlar
Rusiyada təcavüzə məruz qalan qadınlara müqavimət göstərə bilmələri üçün qanunda dəyişikliklər olunub.
Ölkədə cinsi təcavüzə məruz qalan qadınlar qarşı tərəfə xəsarət yetimək və ya öldürməyə görə həbs edilməyəcəklər.

Qadın təcavüzü və cinayətlərinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri olan Rusiyada bununla bağlı yeni qanun hazırlanıb. Parlament komissiyası tərəfindən hazırlanan qanun qəbul edilib və rəsmi olaraq qüvvəyə minib.

Parlamentdə qəbul edilən qanun qadınlara təcavüz cəhdlərində özünümüdafiə hüququ verir. Qanuna görə, cinsi təcavüzə məruz qalan qadına qarşı tərəfə xəsarət yetirmək və ya öldürməklə bağlı icazə verilib.

Statistikaya görə, Rusiyada hər il 14 min qadın kişilər tərəfindən öldürülür. Eynilə, hər il 2 min uşaq öldürülür. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün cinayətlərin 40 faizi evdə, 93 faizi qadınlara qarşı törədilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.