"Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar" - Tramp

14-12-2019, 00:05           
"Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar" - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokrat Partiyasının tərəfdarları impiçment prosedurunu bayağılaşdırırlar. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu fırıldaqçılıqdır. Bu elə şeydir ki, ona yol vermək olmaz. Bu, bizim ölkəmiz üçün çox pisdir. Siz impiçmenti bayağılaşdırırsınız. Budur sizə deyirəm: bir dəfə burada demokrat prezident olacaq və palata (Nümayəndələr) respublikaçılardan ibarət olacaq. Şübhələnirəm ki, onlar bunu xatırlayacaqlar", - deyə o, Ağ Evdə Paraqvay prezidenti ilə danışıqların başlanmasından əvvəl deyib.

"Bu, çoxdan çox başlanmış yalandır", - Tramp əlavə edib.

Cümə günü ABŞ Nümayəndələr Palatasının Məhkəmə komitəsi Trampın impiçmentinin iki maddəsini təsdiq edib. Bu maddələr hakimiyyətdən sui-istifadə və qanunvericilərin işinə mane olmaqdan ibarətdir. Maddələrin lehinə23 Konqres üzvü (demokratlar) səs veriblər. Konqresin 17 üzvü (respublikaçılar) ona qarşı çıxıb. Növbəti səsvermə palatanın bütün tərkibinin iştirakı ilə, növbəti həftəyə planlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.