Tramp: "ABŞ-ın kosmik qüvvələri hücum xarakterli olacaq"

14-12-2019, 06:42           
Tramp: "ABŞ-ın kosmik qüvvələri hücum xarakterli olacaq"
ABŞ-ın kosmik komandanlığı yalnız müdafiə deyil, həm də hücum imkanları sahəsində inkişaf edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

"Kosmik qüvvələr bizim müdafiəmizin və düzünü desək, hücum imkanlarımızın çox əhəmiyyətli komponenti olacaq. Bu, bizim ölkəmiz üçün çox əhəmiyyətli olacaq", - deyə Ağ Evdə Paraqvay prezidenti Mario Abdo Beniteslə görüş ərəfəsində Tramp bildirib.

Avqustda Tramp ABŞ-ın kosmik komandanlığının rəsmi işinın başlandığını elan edib. ABŞ lideri kosmosu hərbi hərəkətlərin növbəti ərazisi adlandırıb. Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

Birləşmiş Ştatların rəhbəri daha əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin yaradılmasına dair memorandum imzalayıb.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.