Haftarın niyə Moskvadan qaçdığı bilindi – Sensasion detal

14-01-2020, 13:43           
Haftarın niyə Moskvadan qaçdığı bilindi – Sensasion detal
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar niyə atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk etməsini açıqlayıb.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Haftar ona təklif edilən variantda Liviya ordusunun bəzi tələblərinin nəzərə alınmadığını söyləyib.

“Əl Ərəbiyyə” televiziyası Haftarın bu razılaşmanı Türkiyənin atəşkəsə nəzarət edən tərəf olmasına görə imzalamaqdan imtina etməsi haqqında məlumat yayıb. Haftar, həmçinin, Ankaranın Liviyadan əsgərlərini geri çəkməsini tələb edib.

Televiziya Moskvadan ayrıldıqdan sonra Haftarın Benqaziyə, Sərracın isə İstanbula getdiyi haqqında məlumat yayıb.

Qeyd edək ki, Haftar ötən gün Fayez Sərracla atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk edib. O, Moskvanı tərk edən kimi Tripolinin cənubunda yenidən toqquşmalara start verilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.