Fransa Əl-Qaidənin Şimali-Afrika üzrə liderini öldürdüyünü bildirib

6-06-2020, 11:28           
Fransa Əl-Qaidənin Şimali-Afrika üzrə liderini öldürdüyünü bildirib
Fransa hökuməti Əl-Qaidənin Şimali-Afrika üzrə lideri Əbu-Məsəb Əbdul-Vadud ləqəbli Əbdül-Malik Droudkalı öldürdüyünü bəyan edib...

Fransa hökuməti Əl-Qaidənin Şimali-Afrika üzrə lideri Əbu-Məsəb Əbdul-Vadud ləqəbli Əbdül-Malik Droudkalı öldürdüyünü bəyan edib.

Teref.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri xanım Florans Barli rəsmi twıtter səhifəsində yazıb.

Bildirilib ki, Fransa ordusunun Malinin şimalında apardığı hərbi əməliyyat çərçivəsində Əl-Qaidənin Şimali-Afrika üzrə lideri Əbdül-Malik Droudkal və onun bir neçə silahdaşı zərərsizləşdirilib.

Fransa müdafiə naziri buna görə ölkə qüvvələrinə təşəkkür edib.

Qeyd edək ki Fransa Mali və Nigeriya da daxil olmaqla beş ölkə ilə birgə bölgədə radikal qruplaşamalara qarşı vaxtaşırı birgə əməliyyatlar həyata keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru