Rusiya seçki komissiyası səsvermə bitmədən ilkin nəticələri açıqlayıb

1-07-2020, 20:00           
Rusiya seçki komissiyası səsvermə bitmədən ilkin nəticələri açıqlayıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası Kremlin dəstəklədiyi konstitusiyaya düzəlişlərlə bağlı səsvermənin ilkin nəticələrini açıqlamağa başlayıb, baxmayaraq ki, ölkənin qərb hissəsində səsvermə hələ bitməyib.

Əslində Rusiyada səsvermə bitmədən öncə səsvermənin və ya exit polların nəticələri açıqlamaq qeyri-qanunidir. Lakin konstitusiyaya düzəliş üzərində referendum Rusiyanın refferendumla bağlı qanunlarına uyğun olaraq keçirilməyib.

Mərkəzi Seçki Komissiyası iyulun 1-də seçicilərin təxminən 74 fazinin prezident Vladimir Putinin yenidən namizəd olaraq 2036 ilədək hakimiyyətdə qalmasına imkan verəcək konstitusiyaya düzəlişləri dəstəklədiyini bildirib. Səvermənin bitdiyi şərqdə səslərin 1 faizindən azı hesablanıb və nəticələr seçicilərin 24 faizinin düzəlişlərin əleyhinə səs verdiyini göstərir.

Komissiyas həmçinin əlavə edib ki, yerli vaxtla gündüz saat 2-ə olan məlumata görə, Moskvada seçici fəallığı 46 faiz, Sankt Peterburqda isə 62 faiz olub.

Bəzi müstəqil müşahidəçilər, jurnalistlər və hətta seçki komissiyasının işçiləri seçki İyulun 1 seçkinin son gündür. Lakin səsvermə rəsmilərin koronavirus pandemiyası səbəbilə izdihamların sayını azaltmaq məqsədilə iyunun 25-dən bəri davam edir.

İlkin nəticələr gözləntiləri və exit pol nəticələrini dəstəkləyir.

Kreml bildirib ki, düzəlişlər ölkənin sabitliyi və təhlükəsiziyi üçün əhəmiyyətlidir, lakin Putinin tənqidçiləri onların 67 yaşlı Putinin ömürlük hakimiyyətini təmin etmək məqsədi daşıdığını bildirir.

Seçicilərə düzəlişlərindən ibarət paketi qəbul etmək və ya rədd etmək seçimi verilib.

Paketdə yer alan 200-dən çox düzəliş arasında ən mübahisəlisi Putinin 2024-cü və 2030-cu illərdə yenidən namizədliyini irəli sürməsinə imkan yaradan düzəlişdir.

Bu ehtimal Moskvanın Qırmızı Meydanında kiçik etiraza səbəb olub. Lakin polis cəld müdaxilə edərək, etirazı dağıdıb. Bədənləri ilə “2036” rəqəmi formalaşdıran səkkiz fəal saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.