NASA Günəşin 10 ilini lentə alıb film yayımladı - Video

2-07-2020, 00:01           
NASA Günəşin 10 ilini lentə alıb film yayımladı - Video
NASA 10 il ərzində Günəşin yüksək görüntü imkanı olan şəkillərini birləşdirib və 1 saatlıq film olaraq yayımlayıb.

Teleqraf.com xəbər verir ki, filmdə Günəş səthindəki partlayışlar da yer alıb.

NASA tərəfindən 2010-cu ilin fevral ayında başlanan layihə çərçivəsində hər 0.75 saniyədə bir Günəşin 425 milyon fotoşəkli çəkilib.

10 il ərzində çəkilən və cəmi 20 milyon giqabaytlıq foto məlumatı NASA sürətləndirilmiş videoya çevirib.

NASA bu görüntülərlə Günəş haqqında çoxsaylı yeni kəşflərin edilə biləcəyini açıqlayıb. Verilən açıqlamada görüntülərdə bəzən qara kvadratların olduğu və bunların da tutulmalardan qaynaqlandığı ifadə edilib.

NASA yaxın günlərdə Günəşi izləməyə davam edəcəklərini və dünyanın kosmosdakı yeri haqqında daha çox məlumat əldə edəcəklərini vurğulayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.