Tramp Qasım Süleymaninin qətlinə niyə əmr verdi? – Şok açıqlama

2-07-2020, 00:26           
Tramp Qasım Süleymaninin qətlinə niyə əmr verdi? – Şok açıqlama
Ağ Evin sözçüsü Keyli Makinani ABŞ Prezidenti Donald Trampın iranlı general Qasım Süleymanini öldürmək üçün verdiyi göstərişi yenidən şərh edib.

Teleqraf.com xəbər verir ki, xanım diplomat bu addımın regionda olan amerikalı hərbçiləri qorumaq üçün atıldığını söyləyib.

Makinani qeyd edib ki, Qasım Süleymani İraqa bomba, raket və yüngül silahlar göndərməklə, azı 600 ABŞ hərbçisinin ölümünə səbəb olub.

Keyli Makinaninin sözlərinə görə, ABŞ-ın əvvəlki hökumətləri “Qüds” briqadasının komandanına qarşı qətiyyətli addım atmaqdan çəkiniblər, amma Tramp ölkənin regiondakı qüvvələrini qorumaq üçün Qasım Süleymaninin ölümünə göstəriş verdi.

Xatırladaq ki, yanvarın 2-də gecə Bağdad hava limanı yaxınlığında Qasım Süleymani “Həşdi-Şəbi” qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerika hərbi qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində Qasım Süleymani ilə yanaşı, “Həşdi-Şəbi” qruplaşması liderinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cəbiri və SEPAH-ın daha bir neçə komandiri məhv edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.