ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF

5-07-2020, 00:00           
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində ortaya çıxan və 500 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə bağlı bir dəyişikliyə imza atıb.

Moderator.az xəbər verir ki, ÜST rəsmiləri Çinin ilk koronavirus hadisələrini gizlətdiyini və viriusun dekabr ayından əvvəl ortaya çıxdığını etiraf edib.

ABŞ mediasının yaydığı xəbərə görə, beynəlxalq səhiyyə rəsmiləri ortaya çıxan epidemiyanı ABŞ mərkəzli bir sayta göndərilən məlumatlardan öyrənib.

Qeyd edək ki, başda ABŞ prezidenti Donald Tramp olmaqla dünyada bir çox siyasi lider epidemiyanın yayılmasında çinli rəsmilərin məsuliyyət daşıdığını və ÜST-ün bu mövzuda lazımi tədbirlər görmədiyini iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru