"KTMT Azərbaycana qarşı müharibəyə getməyəcək" - Trofimçuk

14-07-2020, 00:01           
"KTMT Azərbaycana qarşı müharibəyə getməyəcək" - Trofimçuk
"Ermənistan KTMT-yə həmişə ümid edə bilər, bu, belə olmasaydı, Ermənistanın nəinki Qarabağ problemi, həmçinin Türkiyə ilə müharibəsi olardı". Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu təhlükəsizlik və müdafiə sahələri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

O qeyd edib ki, bununla belə, bir çoxlarının qeyd etdiyi kimi, Azərbaycan da Moskvaya baxaraq genişmiqyaslı müharibəyə başlamır.

"Rusiya və KTMT amili olmadan hər şey daha asan, lakin təhlükəli şəkildə inkişaf edərdi və bunu mübahisə etmək çətindir", - deyə rus ekspert bildirib.

Onun sözlərinə görə, KTMT hər şeyi çox yaxşı başa düşür və adekvat qiymətləndirmə verəcək.

"Bir şeyi aydın şəkildə qeyd etmək lazımdır - KTMT Azərbaycanla müharibə etməyəcək", - deyə Qriqori Trofimçuk qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.