İrəvanın cəbhədəki təxribatının sirri açılır - Paşinyanın qatı əleyhdarı mübarizəni dayandırır

14-07-2020, 12:16           
İrəvanın cəbhədəki təxribatının sirri açılır - Paşinyanın qatı əleyhdarı mübarizəni dayandırır
Bir neçə ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mübarizədən geri çəkilməyəcəyinə and içən, hətta bunun üçün özünü də söyən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan partiyadaşlarına müraciət edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, onun müraciətini partiyadan olan deputat İveta Tonoyan yayıb. Müraciətdə Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrdən bəhs olunub və Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı ittihamlar irəli sürülüb. Daha sonra vurğulanıb ki, erməni əsgərinin təhlükəsizliyi, ölüm-qalım məsələsi olan zaman daxili düşmənlərlə mübarizə bir kənara qoyulmalıdır. Tsarukyan partiyanın hər bir üzvünə xitabən bildirib ki, yaranmış situasiyada daxili siyasi məsələlər ikinci dərəcəlidir. Ona görə də Paşinyanın qatı əleyhdarı erməni baş nazirə tuşladığı silahı yerə qoyub Azərbaycana qarşı mübarizəyə səslənib.
Bu, bir daha Azərbaycan rəhbərliyinin son təxribatların məqsədi barədə dediklərini təsdiqlədi. Belə ki, N.Paşinyanın Azərbaycana qarşı təxribatlara əl atmaqla hakimiyyətini qorumağa, diqqəti xarici düşmənə yönəltməyə cəhd göstərdiyi vurğulanırdı. Bundan əvvəl eks-prezident Robert Köçəryan da yaranmış vəziyyətlə əlaqədar olaraq qüvvələri birləşdirmək barədə çağırış etmişdi. Baxmayaraq ki, Paşinyan onu neçə müddətdir həbsxanada çürüdürdü...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.