Lukaşenko əsas rəqibindən yaxasını qurtardı: MSK-dan qərar

14-07-2020, 15:21           
Lukaşenko əsas rəqibindən yaxasını qurtardı: MSK-dan qərar
Belarus müxalifətindən prezidentliyə namizəd Viktor Babriko seçkidə iştirak edə bilməyəcək.

Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

Cebhe.info xəbər verir ki, bu barədə MSK sədri Lidiya Yermoşina bildirib. Onun sözlərinə görə, müxalifət lideri gəlir haqqında bəyannamə və əmlakı haqqında dəqiq sənəd təqdim etmədiyindən, qeydiyyatla bağlı müraciəti müsbət cavablandırılmayıb.

Belə ki, müxalif namizədin təqdim etdiyi sənəddə onun "Belqazprombank"dakı hesabından çıxarış yer alıb. Gəliri isə 1263 dollar olaraq göstərilib. MSK hesab edib ki, bu, namizədin sahib olduğundan dəfələrlə azdır.

Bundan başqa MSK-ya Dövlət Nəzarəti Komitəsindən də Babrikonun cinayətkar qrupa rəhbərlik etməsi və "çirkli pulları yumasında" ittiham olunmasıyla bağlı rəsmi sənəd daxil olub. Beləliklə, Lukaşenkonun seçkidəki əsas namizədi prosesdən kənarda qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.