Bakının əlindən İrəvanı bu fakt xilas edir - Trofimçuk

15-07-2020, 12:45           
Bakının əlindən İrəvanı bu fakt xilas edir - Trofimçuk
KTMT sayəsində Ermənistan bu gün təhlükəsizlikdədir.

Axar.az xəbər verir ki, bunu “1in.am”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Ermənistan KTMT-yə arxalana bilər. Əgər belə olmasaydı, onun təkcə Qarabağ konfliktinə görə Azərbaycanla yox, həm də Türkiyə ilə savaşı olardı. Rusiya və KTMT faktoru olmadan hər şey daha asan və qorxulu inkişaf edərdi”, - deyə o bildirib.

Trofimçuk ATƏT-in Minsk Qrupunun aqressor ölkənin adını, döyüşlərdəki itkilərin sayını dəqiq açıqlamalı olduğunu deyib.

Bununla belə, rusiyalı ekspert KTMT-nin Azərbaycanla savaşmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru