Lola Kərimova üç villasını satışa çıxardı - Fotolar

7-08-2020, 16:26           
Lola Kərimova üç villasını satışa çıxardı - Fotolar
Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva həyat yoldaşı ilə birlikdə aldığı “Hollywood Hills”də yerləşən üç malikanəsini satışa çıxarıb.

Yenisabah.az “Sputniknews”a istinadən xəbər verir ki, malikanələrin hər birinin qiyməti 5.9 milyon ilə 6.5 milyon dollar arasında dəyişir. Mülk 2014-cü ilin yayında alınıb.

“Bu, Los Ancelesin (ABŞ) ən prestijli bölgələrindən biridir. Evlərin hər birinin qiyməti 5.9-6.5 milyon dollar arasındadır”,- deyə “Dirt” nəşrinin yayımladığı məqalədə bildirilib.

Cütlüyün villalar üçün təxminən 16.1 milyon dollar ödədiyi iddia olunur. Hazırki satışdan isə cütlük 18,9 milyon dollar qazanmağı planlaşdırır.

Son illərdə mənzillərin icarəyə verildiyi qeyd olunur. Bildirilib ki, nə Lola Kərimovanın özü, nə də əri bu evlərdə yaşamayıblar./Qafqazinfo
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru