Rusiyada nəhəng almaz tapıldı

8-08-2020, 00:10           
Rusiyada nəhəng almaz tapıldı
Rusiyanın Saxa Respublikasında (Yakutiya) “Almazı Anabara” Səhmdar Cəmiyyətinin mütəxəssisləri Rusiya tarixində ən böyük rəngli almazı çıxardıb. “Qafqazinfo” kompaniyanın saytına istinadən xəbər verir ki, onun doymuş sarı-qəhvəyi rəngi, 236 karat (47 qrama yaxın) çəkisi var.

Almazın ölçüləri 47х24х22 mm-dir. İlkin qiymətləndirməyə görə, qiymətli daşın yaşı 120-30 milyon il təşkil edir.

Almaz mütəxəssislər tərəfindən öyrənilməsi və qiymətləndirilməsi üçün Moskvada “Alrosa” Vahid Satış Təşkilatına daxil olub. Orada almazın ustalara verilərək kəsilib formaya salınması və ya tapıldığı formada satılması barədə qərar verəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru