Dünya qüdrətləri Beyruta 300 milyon dollarlıq yardım vəd edib

11-08-2020, 00:05           
Dünya qüdrətləri Beyruta 300 milyon dollarlıq yardım vəd edib
Dünya liderləri keçən həftə Beyrutda baş verən böyük partlayışdan sonra Livana 300 milyon dollar (253 milyon avro) yardım vəd edib.

30-dan çox ölkə lideri ilə tele-konferans keçirən Fransa prezidenti Emmanuel Makron "yardımın vaxtında, kifayət qədər və xalqın ehtiyaclarına uyğun, effektiv və şəffaf şəkildə birbaşa Livan əhalisinə göndəriləcək”deyib.

Makronun ofisi göndəriləcək pulun siyasi islahatlara xərclənməyəcəyi bildirilib. Yelisey Sarayından verilən məlumata görə, yardımlar rəsmilərin edəcəyi dəyişikliklərə əsasən uzunmüddətli dəstək mahiyyəti daşıyır.

Dünya qüdrətləri Livan hökumətini korrupsioner hesab etdiyi və İranın dəstəklədiyi şiə Hizbullah qrupunun təzyiqlərindən narahatlıqlarını dilə gətirərək, yardımın xərclənəcəyində şəffaflıq tələb edir.

Cümə axşamı Beyruta səfər edəndən sonra dünya qüdrətləri ilə video bağlantı quran Makron Livan xalqına dəstək üçün fikir ayrılıqlarının kənara qoymalı və yardımın BMT tərəfindən əlaqələndirilməli olduğunu deyib.

ABŞ prezident Donald Tramp da daxil olmaqla, dünya liderləri azı 163 ölüm, təxminən 6000 nəfərin yaralanması ilə nəticələnən partlayışla əlaqədar qərəzsiz, etibarlı və müstəqil araşdırma aparılmasına çağırıb. Bəzi qəzəbli livanlılar isə siyasi liderlərini devirmək üçün üsyana çağırır.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.