Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib

17-09-2020, 01:49           
Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib
Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri 8 aylıq fasilədən sonra hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınmasını bərpa edib.

Azərtac xəbər verir ki, sentyabrın 16-da yerli vaxtla saat 10:30-da Cənubi Koreyanın “T’way” aviasiya şirkətinə məxsus və göyərtəsində 60 sərnişin olan “Boeing 737” tipli təyyarə Uxanın “Tianhe” beynəlxalq hava limanına enib. Epidemiya əleyhinə qaydalara uyğun olaraq, bütün sərnişinlər COVID-19 testinin mənfi nəticəsini və sağlamlıq haqqında arayışı təqdim ediblər. Təyyarə saat 13:55-də havaya qalxaraq Seula yola düşüb.

Qeyd edək ki, “T’way” digər aviasiya şirkətləri kimi COVID-19 böhranı ilə əlaqədar yanvarda Uxana uçuşları dayandırmışdı. Belə ki, yanvarın 23-də Uxanda sərt karantin rejimi elan olunmuş və şəhərə bütün növ giriş-çıxış, o cümlədən yerli və beynəlxalq hava nəqliyyatı ilə sərnişin daşınması dayandırılmışdı. Şəhərdə epidemik vəziyyətin yaxşılaşması fonunda aprelin 8-də daxili uçuşlar bərpa edilib və o vaxtdan bəri 64 mindən çox sərnişin daşınıb. Hazırda daxili uçuşların və daşınan sərnişinlərin sayı virusun yayılmasından əvvəlki vaxta olan səviyyəyə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru