Moskvada iyulun 15-dən ilk dəfə koronavirusdan bir gündə 20-dən artıq ölüm qeydə alınıb

29-09-2020, 03:47           
Moskvada iyulun 15-dən ilk dəfə koronavirusdan bir gündə 20-dən artıq ölüm qeydə alınıb
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 23 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 23 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 203 nəfərə çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.