İMRAN XANDAN AZƏRBAYCANA DÜŞMƏN KƏSİLƏN MAKRONA SƏRT SÖZLƏR

25-10-2020, 16:30           
İMRAN XANDAN AZƏRBAYCANA DÜŞMƏN KƏSİLƏN MAKRONA SƏRT SÖZLƏR
“Bir lideri başqalarından ayırd edən xüsusiyyəti insanları bölmək yerinə, bir araya gətirməkdir”.

ONN media xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan tvitter hesabında yazıb.

Fransa prezidenti Emmanuel Makronun İslam və müsəlmanları hədəf alan açıqlamalarını sərt reaksiya ilə qarşılayan baş nazir Makronun bununla Avropa və dünyadakı milyonlarla müsəlmanın duyğularına hücum etdiyini bildirib: “Daha çox qütbləşmək dünyanın istədiyi və arzuladığı ən son şeydir. Cəhalətə əsaslana ictimai açıqlamalar daha çox nifrətə, İslamafobiyaya və radikallığa meydan verilməsinə səbəb olacaq”.

Qeyd edək ki, E.Makron Dağlıq Qarabağ münaqişəsində ermənipərəst mövqe sərgilədiyi və Azərbaycana qarşı açıqlamalar verdiyi üçün türk dünyasının hədəfinə çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.