Tramp yenidən seçildiyi təqdirdə CIA, FBI və Pentagon rəhbərlərini istefaya göndərəcək

26-10-2020, 10:22           
Tramp yenidən seçildiyi təqdirdə CIA, FBI və Pentagon rəhbərlərini istefaya göndərəcək
ABŞ prezidenti Donald Tramp ikinci dəfə seçildiyi təqdirdə CIA (Milli Kəşfiyyat İdarəsi), FBI (Federal Təhqiqat Bürosu) və Pentaqon rəhbərlərini, o cümlədən ölkənin müdafiə nazirini istefaya göndərəcəyini bildirib.

Banker.az bu barədə “Forbes.ru”ya itsinadən xəbər verir.

Verilən məlumata görə, MKİ, FTB və Pentaqon rəhbərləri Trampın istefaya göndərməyi planlaşdırdığı şəxslər siyahısında ilk namizədlərdir.

Qəzetin yazdığına görə, prezidentin Federal Təhqiqat Bürosu rəhbərindən narazı olmasının səbəblərindən biri, onun Co Baydenin oğlu haqqında antikorrupsiya istintaqını aparmaması və “seçki bülletenləri ilə bağlı saxtakarlıqları” aşkar etməməsidir. Trampın Pentaqon rəhbəri ilə münasibətlərindəki fikir ayrılığı isə sonuncunun ölkədə irqi ayrı-seçkiliyin olması səbəbindən yaranan mitinqlərdə etirazçılara qarşı hərbi qüvvələrdən istifadə etməkdən imtina etməsi ilə bağlıdır.

Və nəhayət, Trampın fikrincə, MKİ-nin rəhbəri öz səlahiyyətlərindən sui-istifadə edir və bir çox gizli manipulyasiyalar həyata keçirir.

Xatırladaq ki, Kristofer Rey FTB-nin rəhbəri vəzifəsinə 2017-ci ilin avqust ayında təyin edilib. Gina Haspel Milli Kəşfiyyat İdarəsinə 2018-ci ildən rəhbərlik edir, Mark Esper isə 2019-cu ildə müdafiə naziri kimi fəaliyyətə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.