Britaniyada Çinin nəhəng yeni səfirlik tikməsinə icazə verilməyib

5-12-2022, 08:44           
Britaniyada Çinin nəhəng yeni səfirlik tikməsinə icazə verilməyib
Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edilib.

Bu barədə “Report” “CNN”ə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, bu qərara əsas kimi yerli sakinlərin Pekinin Böyük Britaniyadakı diplomatik fəaliyyətindən qorxması göstərilib.

Sakinlər hesab edirlər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqinin bu sıx məskunlaşdığı hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

“Komitə sakinlərin və turistlərin təhlükəsizliyinə, tarixi irsə, polis resurslarına və ərazidə həddən artıq sıxlığa təsirlə bağlı narahatlıqlar səbəbindən ərizəni rədd etmək qərarına gəlib. Artıq son qərar qəbul edilməzdən əvvəl ərizə London merinə təqdim olunacaq” -məlumatda deyilir.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.