Böyük Britaniya və İsrail İrana qarşı birləşir

22-03-2023, 12:48           
Böyük Britaniya və İsrail İrana qarşı birləşir
İsrailin xarici işlər naziri Eli Koen bu gün britaniyalı həmkarı Ceyms Kleverli ilə İranın nüvə silahı əldə etməsinin qarşısının alınması imkanlarını, həmçinin “düşmən yönümlü İranın regional təsirini” müzakirə etməyi planlaşdırırlar.

Editor.az-ın məlumatına görə, İsrailin xarici işlər naziri vurğulayıb ki, “İran məsələsi sərt iqtisadi və siyasi sanksiyalar vasitəsilə İranın nüvə proqramına son qoymağın yollarına diqqət yetirməklə, diplomatik gündəmdə üstünlük təşkil edəcək.

İran vəziyyəti gərginləşmək yolunu tutarsa, ölkələr hərbi müdaxiləni istisna etməyəcəklər”.

Britaniya XİN-in rəhbəri vurğulayıb ki, London da İranın regionda düşmənçiliyə köklənən təsiri və geniş antisemitizm problemi ilə üzləşir.

İki ölkənin xarici işlər nazirləri arasında bugünkü danışıqların Böyük Britaniya və İsrail arasında əməkdaşlığın daha da intensivləşdirilməsi yollarını ehtiva edən yol xəritəsinin imzalanması ilə başa çatacağı planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru