Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi

22-03-2023, 10:45           
Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi
Çinin aparıcı şirkətlərinin səhmləri və birja indeksləri ölkə rəhbəri Si Cinpinin Rusiyaya səfəri fonunda kəskin ucuzlaşıb.

Bunu “Hang Seng Index”, eləcə də “Hang Seng TECH Index” (Honq Konq Fond Birjasının fond indeksləri və Çin texnologiya şirkətlərinin səhmləri) üzrə məlumatlar sübut edir.

Eniş iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir edib. Ən çox alkoqollu içkilərin satışı, turizm, əczaçılıq, hava nəqliyyatı və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri ucuzlaşıb - müvafiq olaraq 4,77, 3,59, 3,71, 2,93 və 2,91 faiz.
Neft-qaz məhsulları və banklar üzrə azalma isə müvafiq olaraq 1,93 və 1,68 faiz təşkil edib.

Mənbə: zn.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru