Körfəz ölkələri yeni virus təhlükəsi barədə vətəndaşlarına xəbərdarlıq etdi: “Səyahətlərinizi təxirə salın!”

3-06-2023, 11:39           
Körfəz ölkələri yeni virus təhlükəsi barədə vətəndaşlarına xəbərdarlıq etdi:
Körfəz ölkələri öz vətəndaşlarından “Marburq” virusunun müşahidə olunduğu Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.

Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

“BƏƏ vətəndaşlarına “Marburq” virusunun aşkarlandığı Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik”, - deyə açıqlamada qeyd olunub.

Nazirlik hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarına diqqətli olmaları barədə xəbərdarlıq edib və səlahiyyətli qurumlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Həmçinin Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada “Marburq” virusu nəzarət altına alınana qədər Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırış edilib.
Sözügedən ölkələrdə və qonşu ölkələrdə olan Küveyt vətəndaşlarına yerli səhiyyə orqanları tərəfindən elan olunan təhlükəsizlik tədbirlərinə əməl etmələri tövsiyə olunub.

Bəhreyn Səhiyyə Nazirliyi də “Marburq” virusu ilə bağlı hadisələri yaxın nəzarət altında saxladıqlarını nəzərə çatdırıb. Eyni zamanda bildirilib ki, Tanzaniya və Ekvatorial Qvineyaya birbaşa uçuşlar olmadığı üçün virusun Bəhreynə keçmə riski azdır.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.