Tacikistanda hərbi qiyam - General mühasirəyə alınıb (Yenilənib)

5-09-2015, 23:04           
Tacikistanda hərbi qiyam - General mühasirəyə alınıb (Yenilənib)
Tacikistanda qiyamçı general-mayor Əbdül Həlim Nazarzodun başçılıq etdiyi silahlıların zərərəsizləşdirilməsi üzrə əməliyyat davam edir.

Avropa.info xəbər verir ki, qiyamçı generalın silahlıları dünən Müdafiə nazirliyinin Düşənbədə yerləşən binasına və DİN orqanlarına hücum etmişdilər. Ordu hissələri Ramit vadisini mühasirəyə alıblar.

Güc strukturlarının məlumatına görə, generalı 30 nəfər tərəfdarı müşayiət edir. Dünənəcn Müdafiə naziri müavini işləmiş Nazarzod böyük miqdarda silah-sursat ələ keçirərək əsgərləri onun ardınca gəlməyə çağırmışdı. İlk anlarda ona tabe olsalar da, sonrada hərbçilərin böyük hissəsi öz hərbi bazalarına qayıdıb.

Eyni zamanda Tacikistanın İslam Dirçəlişi Partiyası bəyan edib ki, generalın bu partiyanın üzvü olması xəbərləri doğru deyil.

***

Son məlumata görə, general Nazarzodun qrplaşmasından 32 nəfər əsir götürülüb, 13 nəfər məhv edilib. 500-dən çox silah-sursat ələ keçirilib. Qiyamçıların silah anbarları və nəqliyyat vasitələri aşkar edilib. Məlumatı ölkə DİN-i yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.