BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: - atası isə...

22-11-2019, 11:49           
BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: - atası isə...
Dünən BDU-nun yataqxanasında zəhərlənib ölən tələbə qız qonşu Xürel kənd sakini ilə nişanlı olub.

Lent.az -ın əldə etdiy məlumata görə, dünən qida zəhərlənməsi ehtimalı ilə dünyasını dəyişən 20 yaşlı Xasmətova Şəkər Faiq qızı Qusar rayon Avaran kəndində yaşayıb. Kənd sakinlərinin bildirdiyinə görə, ailədə özündən başqa bir qardaşı olan Şəkər 2016-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. Maddi durumu orta olan ailənin başçısı Faiq Xasmətov isə Rusiyada işləyir.

Qeyd edək ki, hadisə dünən günorta saatlarında BDU-nun 2 saylı yataqxanasında baş verib. 4-cü kurs tələbəsi olan 3 qız 1999-cu il təvəllüdlü Xasmətova Şəkər, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və 1998-ci il təvəllüdlü Həmidə İbadova qidadan zəhərlənib. Nəticədə Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Digər 2 qızın vəziyyəti isə orta-stabil olaraq qiymətləndirilir. Faktla bağlı Bakı şəhər Porokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.