Mingəçevirdə SEÇKİ ŞOUSU BAŞLAYIR... - Vətəndaşlar hədələnir

14-01-2020, 11:32           
Mingəçevirdə SEÇKİ ŞOUSU BAŞLAYIR... - Vətəndaşlar hədələnir
Mingəçevirdə SEÇKİ ŞOUSU BAŞLAYIR...
DİA.AZ: - Mingəçevirdə yerli hakimiyyət orqanları gözlənilən parlament seçkilərinin nəticələrinə indidən təsir etməyə başlayıblar. Bu barədə DİA.AZ-a Mingəçevir sakinləri məlumat verib. Onların sözlərinə görə, ilk olaraq seçkilərdə namizədliyini irəli sürmüş ayrı-ayrı müstəqil namizədlərə imza vermiş, onların namizədliklərini dəstəkləyənlər "silisə çəkilir".

Dia.az-a verilən məlumatlara görə, ayrı-ayrı idarə və təşkilatların rəhbərləri "yuxarılardan" aldıqları təlimata uyğun olaraq tabeçiliklərində olan vətəndaşlara seçkilərlə bağlı təzyiqlər edərək qanunsuz olaraq istiqamət verməklə, açıq-aşkar təhdidlə məşğuldurlar.

Bildirilir ki, vətəndaşlara "seçki təlimatlarını" məhz çalışdıqları idarə və müəssisələrin rəhbərlərindən almalı olduqları, "kimə səs verəcəklərini" məhz onların müəyyənləşdirdiyi barədə aşkar təhdidlər edilir, əks halda işlərindən uzaqlaşdırılacaqları ilə hədələnirlər.

Bildirək ki, artıq bir neçə belə fakt mövcuddur və bununla bağlı Mingəçevir sakinləri Mərkəzi Seçki Komissiyasının, habelə hüquq-mühafizə orqanlarınn, xüsusən də mərkəzi hakimiyyətin müdaxiləsini vacib hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru