“Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar

5-06-2020, 19:14           
 “Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar
“Maliyyə Nazirliyi Milli Məclisin səlahiyyətlərini mənimsəyib”.

“BakuPost” xəbər verir ki, bu iddia ilə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib. O, nazirin mətbuata verdiyi son açıqlamaya görə bu qənaətə gəldiyini vurğulayıb:

“Maliyyə Naziri Samir Şərifov mətbuatında açıqlamasında qeyd edib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında hələlik müsbət artım var. Belə ki, ilk 5 ayda dövlət büdcəsində 500 mln manatlıq profisit yaranıb. Buraya Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri daxil deyil: "Bu bizim üçün kifayət qədər yaxşı yastıq yaradır. Prinsip etibarı ilə bütün sosial xərclərimiz və sair hamısı icra olunub. Ölkə başçısının tapşırığına əsasən bir sıra xərclərə yenidən baxmışıq, yəni prioritetlər üzrə bu xərclərin təyinatını dəyişdirmişik".

Diqqətinizi sonuncu cümləyə cəlb etmək istərdim. Büdcə sistemi haqqında Qanuna görə, büdcə xərclərin təyinatını yalnız parlament dəyişə bilər. Mərkəzi icra hakimiyyəti cari ilin büdcəsinin xərclərinin son təyinatında dəyişikliklə bağlı istənilən təklif verə bilər, lakin onun nəzərə alınması və büdcədə dəyişiklik edilməsi hüququ müstəsna olaraq parlamentə məxsudur. Maliyyə Naziri prezidentin tapşırığı ilə bir sıra xərclərə yenidən baxıb, onun son təyinatında dəyişiklik edibsə onda parlament nəyə lazımdır? Belə çıxır ki, parlamentin hüququnu da Maliyyə Nazirliyi mənimsəyib və "Büdcə sistemi haqqında" Qanunu pozub. Hesab edirəm ki, bu nə ictimaiyyətin, nə mətbuatın, nə parlamentin, nə də Hesablama Palatasının diqqətindən kənarda qalmamalıdır. Büdcə sistemi haqqında Qanuna görə, Hesablama Palatası vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.