Bakıda karantin postları bərpa edilir? - AÇIQLAMA / VİDEO

5-06-2020, 23:33           
Bakıda karantin postları bərpa edilir? - AÇIQLAMA / VİDEO
Şənbə və bazar günləri evdən çıxan şəxslər cərimə oluna və həbs edilə bilərlər.

Teref.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilib. Həmin təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla, şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub.

Bu əmələ görə fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 1500-2000 manatadək, hüquqi şəxslər isə 2000-5000 manatadək cərimə oluna, hətta 30 sutkaya qədər həbs edilə bilərlər.

Kamran Əliyev onu da bildirib ki, şəhərdə əvvəlki kimi polis postları qurulmayacaq. Xidmətdə olan polis əməkdaşları şəhərə nəzarət edəcək və qadağaya əməl etməyənlərlə bağlı onlar tədbir görəcək. Bundan başqa, qadağanın tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna da polis kameralarla nəzarəti daha da artıracaq.

Şənbə və bazar günləri rayonlara gediş-gəlişə də icazə verilməyəcək. Şəhər daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir. Paytaxtda qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər. Şöbə rəisi xəbərdarlıq edib ki, heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da, onlar karantin postlarından buraxılmayacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru