Bu rejim nə vaxta qədər davam edəcək? - Ramin Bayramlıdan mühüm açıqlamalar + Video

7-06-2020, 00:22           
Bu rejim nə vaxta qədər davam edəcək? -
Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu. Bəs nə baş verdi və niyə rejim sərtləşdirildi? Bu rejim nə vaxta qədər davam edəcək?

Teref.az xəbər verir ki, bu suallara TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə eksklüziv müsahibəsində aydınlıq gətirib. O, həmçinin koronavirusu simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə etdiklərinə də diqqət çəkib. Üstəlik, evdə özünü müalicə etməyə çalışan insanlara sərt xəbərdarlıq edib.

Xüsusi karantin rejimindən mərhələ-mərhələ çıxarkən bir anda həftəsonu sərt karantin rejimi tətbiq edildi. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı karantin rejiminin qəfil sərtləşdirilməsinin səbəblərini açıqlayıb.

TƏBİB sədri onu da bildirdi ki, Operativ Qərargahın iş yükünün çoxalmasına, yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıdır.

O qeyd etdi ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var.

Ramin Bayramlı hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkdi.

TƏBİB-in İdarə Heyətinin sədri ən təhlükəli halların evdə özünü müalicə etməyə çalışan insanlarda meydana gəldiyini bildirdi və vətəndaşları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırdı.

TƏBİB sədri onu da qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.