Bir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi

7-06-2020, 10:17           
Bir millətin iki diasporu ola bilməz –
Son illər disporumuzun fəaliyyəti, xüsusulə də ayrı-ayrı ölkələrdə Koordinasiya Şuraları, “Qarabağ evləri”, “Azərbaycan məktəbləri”nin yaradılması, soydaşlarımızın yaşadıqları ölkələrin bütün sahələrinə inteqrasiyası Azərbaycana qarşı qüvvələri ciddi rahatsız edir.

Hətta zamanla diasporumuzu üstələyən erməni diasporu indi bir çox məsələdə soydaşlarımızın fəaliyyətindən örnək götürmək olduqlarını gizlətmir.

Bu məsələdə Azərbaycanın dövlət başçısının xüsusi xidmətləri var. Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Azərbaycan diaspor əlaqələrindən danışarkən bildirmişdi ki, bir millətin iki diasporu ola bilməz. Onlar birlikdə fəaliyyət göstərməlidirlər. İlham Əliyev bu ideya ilə əslində Azərbaycan və Türkiyə diaspora təşkilatlarının Yol xəritəsini göstərdi.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Taib Ərdoğan da İlham Əliyevin bu fikrinə dəstək olaraq hər iki ölkə diasporunun birgə fəaliyyətinin vacibliyini bildirdi.

Azərbaycan Prezidentinin bu fikirlərindən sonra iki ölkə diasporunun birgə fəaliyyəti daha effektli nəticələrə gətirdi.

Azərbaycan və Türkiyə diasporunun son illərdəki birgə aktiv fəaliyyəti erməni diasporunda daha böyük narahatlıq yaradıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım xarici ölkələrdə Türkiyə və Azərbaycan diaspr təşkilatlarının sıx əməkdaşlıq etdiyini və əməkdaşlığın kökündə ilk həll ediləcək məsələnin Qarabağ problemi olduğunu bildirib.

“Azərbaycan və Türkiyə diaspor təşkilatları uzun müddətdir ki, fəal əməkdaşlıq edirlər. Türkiyədə və eləcə də Avropa ölkələrində yaşayan türklər və azərbaycanlılar heç bir ayrıseçkilik olmadan bütün tədbirlərdə bərabər çıxış edirlər. Azərbaycanın müstəqillik əldə etməsindən, bir çox beynəlxalq təşkilatlara üzv olmasından sonra Azərbaycan və Türkiyə diaspor təşkilatları xüsusilə Ermənistanın işğalçı rejiminə qarşı bərabər mübarizə aparıb.

Bizim beynəlxalq təşkilatlardan gözləntimiz Azərbaycanın işğal altındakı torpaqlarının işğalçılardan azad olunmasınınn təmini, 1 milyondan çox qaçqın və məvburi köçkün olan azərbaycanlının ata-baba torpağına geri dönməsidir.

Türkiyə və Azərbaycan diaspor təşkilatı da əsas hədəf olaraq hazırda bu məsələnin həllinə çalışır. Türkiyənin iştirak etmədiyi bir beynəlxalq toplantıda Ermənistan prezidenti Türkiyənin əleyhinə davamlı mənfi fikirlər bildirəndə Azərbaycanın prezidenti İlham Əliyev irəli keçərək ermənilərə “burda Türkiyə yoxdur, amma mən varam. Sizin iddialarınıza cavabı mən verəcəm” deyə tarixdə heç zaman unudulmayacaq, qardaşlığımızı əbədiləşdirən fikir bildirmişdi.

Türkiyədə başda prezident olmaqla rəsmi və qeyri-rəsmi bütün təşkilatlar Azərbaycanın Qarabağ problemini bütün beynəlxalq toplanltılarda dilə gətirib, qardaş ölkə ilə bərabər mübarizə aparır. Erməni diasporunun yanlış addımlarının cəzasını ermənilər çəkir. Ümumilli lider Heydər Əliyevin zamanında Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkilərkən bildrimişdi ki, Ermənistan ağıllı siyasət yerinə yetirmək gücündə olsaydı, bəlkə də onların da ərzazisindən o boru kəməri keçəcəkdi və onlara iqtisadi baxımdan xeyir dəyərdi. Bu gün Ermənistan mono dövlət olaraq qalıb və bölgədəki iri layihələrin heç birində iştirak edə bilmir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ərzurum boru xətti, TANAP layihəsi və digər layihələri buna nümunə göstərmək olar”.

Deputat Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyətinin Ermənistana mənfi mənada təsir edəcəyini də əlavə edib:

“İndi dünya görünməz bəla ilə mübarizə aparır. Karantin rejimi ilə əlaqədar dövlətlər də canlı deyil videokonfrans vasitəsi ilə əlaqə saxlayır. İndi və post-pandemiya dövründə Azərbaycan və Türkiyə diasporunun daha fərqli qaydalarla işləməsi zərurəti yaranır. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyə ilə əlaqələri çox yaxşı səviyyədədir. Bizim əsas məqsədimiz Azərbaycan diasporu ilə Qarabağ problemini sülh yolu ilə həll etmək, qardaş ölkənin ərazi bütövlüyünü təmin etməkdir. Ermənistan diasporunun bu əməkdaşlıq çərçivəsində zəif düşməsi məsələsi isə heç bir şübhə doğurmur. Bütünlüklə yalana xidmət edən erməni diasporuna qarşı həm Azərbaycan, həm də Türkiyə diasporu mübarizə aparıb və daha intensiv olaraq mübarizə aparacaq. Biz bir millətik olaraq mübarizəmizin nəticəsində torpaqlarımızı azad edəcəyik”.

Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Türkiyə və Azərbaycan diaspor təşkilatlarının qarşıda böyük işlər görəcəyini diqqətə çatdırıb:

“Azərbaycana, Türkiyəyə qarşı böyük nifrətlə fəaliyyət göstərən bir şəbəkə var. Azərbaycana qarşı informasiya müharibəsi gedir. Türkiyəyə qarşı isə nifrət dolu qüvvələr Türkiyəni cəzalandırmaq üçün onun ərazisini zəbt etmək istəylər. Prezident İlham Əliyev çox doğru vurğulayıb ki, vahid gücə çevrilən bir diaspor təşkilatları olmalı, onlar müasir üsullardan istifadə edərək düşmənə qarşı olmalıdır. Bu istiqamətdə müəyyən işlər görülür amma ciddi işlər hələ qabaqdadır. Artıq müasir texnologiyalardan istifadə etmək zamanı çatıb. Baxmayaraq ki,dünyanın bir sıra ölkələrində türk nüfuzunun ermənilərdən 5 dəfə artıq olduğu bəllidir, amma ermənilər öz cəfəngiyyatlarını yayır, böhtan atmaqdan çəkinmirlər. Diasporlarımızın birliyi ilə görüləcək böyük işlər hələ qabaqdadır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.